Onlayn ictimai-siyasi qəzet
Soçidə ilin əvvəlində Rusiya prezidenti Vladimir Putinin iqamətgahının əsas binası “Boçarov Ruçey” uçurulub.
Musavat.com xəbər verir ki, bu barədə peyk görüntülərini tədqiq edən “Project” təşkilatı məlumat yayıb.
İqamətgahdakı işlərlə bağlı rəsmi məlumat verilməyib.
Məlumata görə, Vladimir Putin 7 aydır Soçiyə getmir - bu, “ən azı son 10 ilin rekordudur”.
Bu il Putin şəhərdə yalnız bir görüş keçirib. Martın 6-da AEBA-nın baş direktoru Rafael Qrossi ilə görüş Soçidə, lakin iqamətgahın başqa binasında baş tutub. Məlumata əsasən, dron reydləri səbəbindən prezidentin mühafizə xidməti Krasnodar diyarının Qara dəniz sahillərini artıq təhlükəsiz hesab etmir.
2023-cü il sentyabrın 20-də Soçidə hava limanı yaxınlığında yanacaq çəni partlayıb və iki həftə keçməmiş pilotsuz təyyarələrdən biri Soçi hava limanının ərazisinə düşüb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ