İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: "Brüsseldə Latın Amerikası dövlətləri ilə Rusiyanın arasını vurmağa çalışıblar"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 20-də bildirib ki, Avropa ölkələri Latın Amerikası dövlətlərini ilə Rusiya Federasiyasının arasənda ixtilaf salmaağa çalışıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, M. Zaxarova  bu cəhdlər Brüsseldə keçirilən sammitdə baş verib: "Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin dövlət və hökumət başçılarının Brüsseldə baş tutam sammiti çərçivəsində Avropa tərəfi həmsöhbətlərə öz nöqteyi-nəzərini sırımağa və onları ona qoşulmağa məcbur etməyə çalışıb".

Diplomat deyib ki, Rusiya və Latın Amerikası dövlətlərini çoxillik mədəni ənənələr, dostluq və qarşılıqlı faydalı əməkdaşlıq bağlayır, ona görə də onları qarşı-qarşıya qoymaq mümkün olmayacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR