İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: “Alen Simonyanın açıqlamaları TƏRBİYƏSİZLİKDİR”

“Simonyanın ictimai ritorikası tərbiyə hüdudlarını keçir, amma bu, Ermənistan siyasətçilərinə hörmət qazandırmır”.

Musavat.com-un xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyana bu sözlərlə cavab verib.

“Bəs Simonyan mənim “Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı” ilə bağlı sözlərimi necə başa düşüb? Əgər onlar ekspert səviyyəsində, yüksək siyasi səviyyədə çıxış etmək istəyirlərsə, bunun üçün hər cür imkan var: bizim İrəvanla dövlətdən tutmuş, ictimaiyyətə qədər bütün sahələrdə mükəmməl ünsiyyət kanallarımız mövuddur. Amma əminəm ki, erməni cəmiyyətini təmsil edən insanların bu cür ifadələr işlətməsi heç də yaxşı görünmür, biz son vaxtlar belə ifadələri çox görmüş və eşitmişik”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Simonyan “Zaxarovanın “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması” ilə bağlı açıqlamaları gülüncdür” ifadəsini işlədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR