İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulin: “Paşinyan Rusiya hərbi bazalarını Qərb bazaları ilə əvəz edəcək”  

 

“Ermənistanın baş naziri Nikol Paşinyanın işi bundan sonra Rusiya hərbi bazalarını çıxarmaq, onların yerinə Qərb bazalarını yerləşdirməkdir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin danışıb.

Qeyd edək ki, ötən gün Paşinyan Rusiya hərbi bazalarının respublikada mövcudluğunu davam etdirməsində heç bir üstünlük görmədiyini bildirib. O, İrəvanın özünə yeni tərəfdaşlar axtardığını, çünki Rusiya “müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyni” söyləyib. Lakin onun sözlərinə görə, hazırda Ermənistanda Rusiya bazasının ölkədən çıxarılması məsələsi müzakirə olunmur.

Zatulinə görə, Paşinyan beynində həm Rusiya ilə münasibətlər, həm də hərbi bazalarla artıq hər şeyi həll edib.

“Paşinyan Rusiya ilə bağlı mövqeyini çoxdan qərarlaşdırıb. Sadəcə əsl niyyətlərini dərhal elan etmir. O, indi Qarabağda baş verənlərdən istifadə edib günahı Rusiyanın üzərinə yıxmaq istəyir və Qərbə üz tutmasını məhz bununla izah edir. Ermənistan baş naziri ümid edir ki, onun bu mövqeyi Qərb tərəfindən qiymətləndiriləcək və Qərb ona hakimiyyətdə qalmasına kömək edəcək”,-deyə rusiyalı deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR