İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs edilib

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayon sakini Ağabala Raziyev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə şəhər ərazisində hərəkətdə olarkən nəzarət-yoxlama qaydasında saxlanılıb. Onun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunub və müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi sübuta yetirilib.

A.Raziyev barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, inzibati həbs edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR