İnsanlara hürriyət, millətlərə istiqlal!

“Döyüşən planet”də sülh mükafatı laureatsız qala bilər

2024-cü il üçün Nobel Sülh Mükafatına 286 namizəd, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi, Roma Papası Fransisk və britaniyalı təbiətşünas Devid Attenboro irəli sürülüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu ilin favoritləri arasında BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA), Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin baş katibi Antonio Quterreş də var.

Mükafatın UNRWA-ya verilməsinin mübahisəli olacağı qeyd edilir. Çünki agentliyin bir neçə əməkdaşının 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı kütləvi hücumunda iştirak etdiyinə dair xəbərlər var.

Bukmeker kontorlarının favoritləri həbsxanada ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnı və Ukrayna prezidenti Vladimir Zelenski də var.

“Röyter” qeyd edir ki, Navalnıya mükafatı verilə bilməyəcək, çünki bu mükafat yalnız sağ adamlara verilir. Zelenski isə müharibə aparan ölkəyə rəhbərlik edir.

Ona görə də Norveç Nobel Komitəsi bu il heç kimin mükafat almayacağına qərar verə bilər. Bu, mükafat tarixində artıq 19 dəfə baş verib, sonuncu dəfə 1972-ci ildə olub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun rəhbəri Den Smit deyib ki, ola bilər, bu il Nobel Sülh Mükafatı Komitəsi mükafatı heç kəsə verməsin və diqqəti dünyanın “döyüşən planet” olduğuna yönəltsin.

2024-cü il Nobel mükafatı laureatları oktyabrın 7-dən oktyabrın 14-dək elan olunmaıdır. Norveç Nobel Komitəsi sülh mükafatı laureatını oktyabrın 11-də elan edəcək. 2023-cü ildə bu mükafatı iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR