İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatala sakini Göyçayda güllələnərək öldürüldü - FOTO

Göyçayda öldürülən Zaqatala sakini ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Ramin Malxasov avtomobilində güllələnərək qətlə yetirilib.  Qətli törədən şəxs qaçıb. Hadisənin qısqanclıq zəminində və ya sifarişlə törədilməsi ehtimalları da var.

Araşdırmalar davam etdirilir. 

Lent.az qətlə yetirilən şəxsin fotosunu da əldə edib.

Göyçayda avtomobilində meyiti tapılan şəxsin Zaqataladan olduğu məlum olub. 

Qətlə yetirilən, 37 yaşlı Ramin Malxasov Zaqatalanın Yuxarı Tala kənd sakinidir. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla həmin şəxsin 37 yaşlı Ramin Malxasov olduğu müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır./Lent.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR