Onlayn ictimai-siyasi qəzet
İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
05 Oktyabr 2024
04 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ