İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucun Qərargahı 40 min imza üçün...

7 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Orucun Mərkəzi Seçki Qərargahı tərəfindən seçici imzalarının toplanması məqsədilə qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun olaraq tədbirlər həyata keçirilir.

Mərkəzi Seçki Qərargahının Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata əsasən, Seçki Məcəlləsinə 2 və 2 "A" saylı əlavələrində göstərilən formada tərtib olunan, namizədin rəsmən qeydiyyatı üçün səsvermə hüquqlu şəxslərin minimum 60 dairəni və ən azı 50 nəfəri əhatə etməklə 40 min etibarlı imzanın toplanması istiqamətində intensiv təşkilati tədbirlər görülür.

Seçki Qərargahı namizədin fəaliyyətinə dair məlumatları mütəmadi olaraq ictimaiyyətə verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR