İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan SENSASİON ÇIXIŞ: “İnformasiya məkanı fasiləsiz izlənilir və...”

“İnsan alveri ilə mübarizə müstəqillik dövrümüzün son 30 illik hüquq-mühafizə siyasəti, o cümlədən, insan hüquq və azadlıqlarının qorunmasına yönələn dövlət kursunun ən mühüm nailiyyətidir. Dəyərləndirilməsini apardığımız 2023-cü ilin - Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə milli iradənin simvolu olan 20 sentyabr Xankəndi Zəfərinin qazanılması təkcə torpaq bütünlüyü və suverenliyimizi deyil, eləcə də uzun on illər vətəndaşlarımızın hüquq və mənafelərinə zərbə vuran, fiziki varlığını təhdid edən separatizmin, beynəlxalq terrorun, qanunsuz silah ticarətinin, narkotiklərin qeyri-leqal dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın və digər qanunsuz əməllərin də aradan qaldırılmasında müstəsna rol oynadı. 30 illik işğala son qoyulması ilk növbədə, insanlarımızın təhlükəsizliyinin dönməz təminatı deməkdir”.

Musavat.com xəbər verir ki,  bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mayın 21-də parlamentin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O bildirib ki, Şuşa və bütün azad torpaqlara 32 il sonra ilk sakinlərin qayıtdığı bir vaxtda Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun sayca 19-cu məlumatını müzakirə edir.

Zahid Orucun çıxışının tam mətnini təqdim edirik:

“Gələn il insan hüquqlarının təmin edilməsində özünəməxsus statusu və missiyası olan Baş İdarənin yaradılmasının 20 ili tamam olacaq.

İnsan alveri ilə mübarizə sahəsində son 20 ildə keçilən şərəfli yol, prezident İlham Əliyevin xalqımıza rəhbərliyi dövrünü özündə əks etdirməklə dövlətçiliyimizin möhkəmləndirilməsini, milli hüquq sisteminin təkmilləşdirilməsini, eləcə də də müstəqillik illərində ardıcıl inkişaf edən Daxili İşlər Orqanlarının peşəkar fəaliyyətini obyektiv qiymətləndirməyə imkanı verir.

İLHAMİ SON.jpg (55 KB)

Ulu Öndər Heydər Əliyevin inkişaf etdirdiyi hüquq-mühafizə orqanlarının 1993-2003-cü illərdə əldə etdiyi zəngin təcrübəni dövlətçiliyimizin sarsılmaz təməllərinə çevirməklə təkcə ictimai-siyasi sabitliyi təmin etmək və cinayətkarlıqla mübarizə aparmaq deyil, eləcə də 44 günlük Vətən müharibəsində düşmənə qarşı savaşda həyatlarını qurban verən, şəhid olan, nəhayət, son 4 ildə azad edilən bütün torpaqlarda ilk komendatura xidməti ilə vətəndaşlarımızın təhlükəsizliyini qoruyan, ən başlıcası, Böyük Qayıdışın uğurla həyata keçirilməsinə yaxından kömək edən Milli Polisimizin şərəfli fəaliyyəti ehtirama layiqdir.

Milli Koordinator, hörmətli Seyfulla Əzimovun ətraflı təqdim etdiyi İllik Məlumatdan göründüyü kimi, keçmiş sovet məkanında yalnız ölkəmizdə xüsusi statusda fəaliyyət göstərən Baş İdarə ötən il kütləvi maarifləndirməyə xüsusi önəm verib. Bəzən gizli xarakterə malik insan alveri qurbanlarının vaxtında məlumatlandırılması, qabaqlayıcı tədbirlərin görülməsi onları cinsi istismar, məcburi əmək, orqan alveri, köləlik və digər təhlükələrdən qoruyur. Daxili İşlər Nazirliyi təkcə 45 təşkilatı birləşdirən vətəndaş cəmiyyəti ilə deyil, eləcə də Əmək və Əhalinin Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyətləri ilə birgə təlimlərin, sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasının müsbət nəticələri cinayətlərin aşağı dinamikasında görünür.

İkinci fəaliyyət istiqaməti cəza tətbirləridir. Beynəxalq hesabatlarda məhkəmə sisteminin yumşaq hökmləri, şərti cəzaları hər zaman mənfi hal kimi vurğulanırdı. Üçüncü istiqamət, insan alverinin transmilli xarakteri nəzərə alınaraq, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, xarici hesabatlardan irəli gələn tövsiyələrin dəyərləndirilməsidir.

Əlbəttə, İllik Məlumat təkcə bir Nazirliyin deyil, ölkə üzrə 32 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının fəaliyyətinin məcmusudur. Bu çox mühüm məsələdir, çünki mübarizə yalnız bir qurum vasitəsilə aparıla bilməz. Tam əminliklə demək olar ki, İşçi qrupun aparıcı qüvvəsi kimi Daxili İşlər Nazirliyi ən əlçatan qurumdur, çünki nazir hörmətli Vilayət Eyvazov uzun illər Milli Koordinator kimi bu sahədə beynəlxalq və daxili tələbləri, yanaşmaları çox yaxşı bilir, ona xüsusi önəm verir. Parlament və Daxili İşlər Orqanları arasında yüksək əməkdaşlıq mühiti formalaşıb. Əfv Komissiyasının üzvü kimi deyə bilərik ki, məhkumlara münasibətdə mərhəmət və humanizm istənilərkən, insan alveri cinayətini törədənlərə qarşı Daxili İşlər Nazirinin hər zaman sərt, güzəştsiz mövqeyi təqdirəlayiqdir.

Haqlı olaraq, dünyada bu cinayəti doğuran risk faktorlarına xüsusi önəm verilir. Terror hadisələri, daxili toqquşmalar, vətəndaş qarşıdurmaları, daxili köçkünlük, siyasi qeyri-sabitliyin və digər tendensiyalar insan alveri təhlükəsini gücləndirir. Məsələn, Rusiya-Ukrayna müharibəsinin yaratdığı milyonlarla qaçqın və köçkün ən çox insan alveri qurbanlarının da artmasına yol açır. O cümlədən, yetərsiz qidalanma, əmək bazarında açıq rəqabət mühitinin olmaması, dövlət və biznesin məhsul və xidmətləri alarkən məcburi əməkdən faydalanması da bu cinayət əməlinə münbit zəmin yaradır.

Qlobal Köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır, onlardan təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib. Bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir. Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür.

Məlumatın “Qanunvericilik”bölməsində gördüyümüz kimi, “İcraçı qurumlarının siyahısı” dəqiqləşdirilib, “İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi”nin çoxşaxəli funksiyaları TƏBİB-in funksiyalarına da aid edilib, İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib.

Bəzi statistikalara diqqət yetirək. Baş İdarə tərəfindən 47 şəxsin əmək müqaviləsi olmadan işlədiyi üçün 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat cərimə tətbiqi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 512 şəxslə bağlı ümumilikdə 2.374.400 manat məbləğində sanksiya tədbiri, 8 miqrasiya kanalının aşkarlanaraq, 154 şəxsin saxlanılması, küçə həyatı, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilən 342 azyaşlının müəyyən edilməsi, 159 insan alveri faktı üzrə 16 cinayət işinin başlanması, 12 nəfərin İnterpol kanalı ilə beynəlxalq axtarışı aparılan genişmiqyaslı işləri göstərir.

Milli Fəaliyyət Planının icrası çərçivəsində 293 erkən evliliyin qarşısının alınmasına hamımız üçün mühüm siqnaldır. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub. Təsəvvür edin, özü uşaqkən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdirlər.

Eyni zamanda, ilk dəfə, kiberməkanda insan alveri faktlarının aşkarlanması, müasir kommukasiya vasitələri ilə qurbanları ələ keçirən cinayətkar qruplara qarşı WhatsApp, İnstagram, Telegram sosial şəbəkələrində aparılan mübarizə 58 fakta görə cinayət işi qaldıırlıb. Görülən tədbirlər rəqəmsal sistemin diqqət mərkəzində saxlanıldığını təsdiqləyir. Gördündüyü kimi, Baş İdarə ilk dəfə insan alveri-traffikingin sosial şəbəkələr üzərində yeni tranzit kanallarının aşkarlanması və təqibində online məkana köç edən kibercinayətlərin qarşısının alınması üçün resurslar yaradıb. Xatırladaq ki, artıq Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi fəaliyyət göstərir və informasiya məkanı fasiləsiz izlənilir, operativ tədbirlər görülür.

İDAR SON .png (1.72 MB)

İnsan alveri və məcburi əməklə bağlı 91 nəfər qurbanın əsasən Türkiyə və Rusiyada olması hər iki dövlətlə hüquq-mühafizə və ekstradisiya sahəsində çalışmaların daha da gücləndirilməsi zərurətini ortaya qoyur. “152” qаynаr xəttinə dахil оlan 9.626 zəngin, yəni, ay üzrə 900-ə yaxın müraciət göstərir ki, əhali tərəfindən dövlət orqanlarına inam var, insanlar məruz qaldıqları cinayətlərə qarşı polis orqanları ilə birgə mübarizənin effektivliyini görürlər. Təmsil olunduğum Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi bir sorğunun nəticələrinə görə, hakimiyyət institutları içəriisndə daxili işlər orqanları sabit telefon və qaynar xətt üzrə əhalinin müraciətlərinə 93- faizlik cavab səviyyəsi ilə ən yuxarı yerdədir.

Məlumatdan göründüyü kimi, son 20 ildə insan alveri cinayətlərinin ümumi sayı 2326 olub və hər il artım baş versə də bütün dövlərdə DİO nın mübarizəsi daha sistemli, əhatəli və təsirli olub. Son 20 ildə bu cinayətə görə məsuliyyətə cəlb olunanların sayı 636 təşkil edib.Təəssüflər olsun ki, onlardan 541-qadın, 95 i isə kişidir. Həm qurban, həm də törədənlərin zərif cinsin nümayəndələri olması ağrılı haldır. Son 20 ildə ümumilikdə qurbanların 1350 nəfər təşkil etməsi cinayətin latent, yəni, gizli saxlanılmasına şərait yaradan mədəni və şəxsi amilləri də nəzərə almalıyıq.

Ötən il qeyri hökumət təşkilatlarının 11 layihəsinə 94 min manat qrant ayrılıb. Bu rəqəm 4 il əvvəl 53 layihə üzrə 412 min manat təşkil edirdi. Bütün beynəlxalq hesabatlarda vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək ən mühüm indikatorlardan biri sayılır və arzu edirik ki, rəqəmlər azalmasın.

Birləşmiş Ştatların 188 ölkə üzrə hazırladığı reytinqlərdə dövlətlərin 3 səviyyəyə üzrə təsnifləndiyi məlumdur. Dövlət Departamentinin Hesabatında Azərbaycan ikinci səviyyənin 2-ci alt qrupundadır. İnsan alverinə qarşı mübarizədə müəyyən edilən təsnifat/səviyyələr (TİER 1-3) problemin miqyasını deyil, hökumətin bu problemə necə reaksiya verdiyini, yəni dövlət strukturlarının fəaliyyətini əks etdirir. Hökumətin ötən ilki artan səyləri sənəddə müsbət qiymətləndirilib. Lakin tövsiyyələrdə tədbirləri sərtləşdirmək, adekvat cəzalar vermək, identifikasiya səylərini artırmaq, qurbanların skrininqi üçün Standart Əməliyyat Prosedurlarını həyata keçirmək və sığınacaqların maliyyələşməsini artırmaqla bağlıdır.

İNSAN ALVERİ.jpg (119 KB)

Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə ekspertlər qrupu – GRETA-nın 34 indikatordan ibarət dövri hesabatında verdilən tövsiyələrinin icrası ilə bağlı əldə edilmiş irəliləyişləri alqışlamaqla bərabər, bir sıra yeni təkliflər də ənənəvi olaraq irəli sürülüb. Ümidvarıq ki, tövsiyyələrin təhlili Koalisiya və İnsan Alveri İdarəsinin “Analitik şöbə”sində hərtərəfli müzakirə edilməklə onlara mütəmadi reaksiyalar veriləcək və arayış sənədləri təqdim olunacaqdır. Bunlar təkcə reytinqlər üçün deyil, görülən mühüm işlərin dünyada təqdimatı deməkdir.

Təqdirəlayiq haldır ki, Qlobal Mütəşəkkil Cinayətkarlıqla bağlı beynəlxalq indeksdə (Global Organised Crime İndex) bir sıra MDB ölkələri arzuolunmaz sıralarda yer alsalar da, ölkəmizin adı orada yoxdur. Yaxud Uşaq alveri ilə bağlı -- Child Trafficking by Country 2023--son qlobal indexdə də vəzyyət ürəkaçandır

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) 2009-cu ildən bəri İnsan Alverinə dair Qlobal Hesabatını açıqlayır. 2023 il üzrə sənəddə qurbanların əksəriyyəti Afrika və Yaxın Şərq ölkələrindən gəldiyi vurğulanır.

ALVERO.jpeg (46 KB)

Bu o deməkdir ki, Vətən müharibəsində Zəfər, işğal və boz zonların aradan qalxması, doğma torpaqlarına qayıdan minlərlə insanın timsalında məcburi köçkünlüyün - dünyada insan alverinin ən çox qurbanı olan əhali qrupunun ölkəmizdə azalması, çoxəsrlik münaqişənin aradan qalxması deməkdir.

Yekunda bir daha insan alverinə qarşı mübarizədə müstəsna rol oynayan sayca dördüncü Milli Fəaliyyət Planının icra müddəti cari ildə bitdiyindən həmin cinayətlərlə mübаrizənin kоmplеks şəkildə və sistеmli aparılması üçün 2025-2030-cu illəri əhatə edən növbəti konseptual sənədin hazırlanması məqsədilə əvvəlki planların geniş ictimai müzakirələrini aparmaq, yekunlara obyektiv qiymət vermək və gələcək vəzifələri müəyyələşdirmək üçün İşçi qrupun tərkibini genişləndirməyi təklif edirik. Bir daha Milli Koordinatorun Məlumatını qənatəbəxş sayır, millət vəkillərini ona müsbət səs verməyə çağırırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR