İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc Seçki Platforması “Xüsusi Buraxılış”la seçicilərə paylanacaq

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı ilə bağlı hazırlıqları davam etdirilir.

Bu barədə Musavat.com-a Zahid Orucun Seçki Qərargahından məlumat verilib.

Bildirilib ki, əvvəlki seçkilərdə seçicilər qarşısına görülən işlərin hesabatına dair hazırlanan müxtəlif formatlı çap məhsulları ilə çıxmaq ənənəsini davam etdirərək, xətaililərlə görüş üçün “Xüsusi Buraxılış” nəşr edilib.

"Namizədin geniş ictimai-siyasi fəaliyyəti ilə yanaşı, başlıca olaraq, Konstitusiyada deputatların fəaliyyətinə dair müəyyən edilən səlahiyyətlərə uyğun olaraq,  dövlət və hökumət orqanları ilə yaxından əməkdaşlıq çərçivəsində görülən işlərə dair ətraflı məlumatlar, o cümlədən, 33 saylı Xətai 1-ci seçki dairəsi üzrə aparılan müşahidə və qiymətləndirmənin nəticələri əsasında formalaşdırılan Seçki Paltorması məcmuədə əksini tapıb.

Eyni zamanda, Zahid Orucun çoxşaxəli fəaliyyətinin müxtəlif məqamları, məqalə, çıxış, şərh və yerli, beynəlxalq tədbirlərdə iştirakına dair faktlar, mühüm məlumat bazaları da seçicilərin tələbləri və mənafeləri baxımından qruplaşdırılaraq geniş auditoriyaya təqdim olunacaq.

9 avqustdan başlayan təbliğat-təşviqat kampaniyasının müxtəlif platformalar üzərindən aparılması zamanı qanunvericiliyin tələbləri gözlənilməklə müəyyənləşdirilən yerlərlə yanaşı, müxtəlif formatlı şəxsi görüşlər vasitəsilə əsasən ərazidə şəhid ailələri, qazilər, müharibə veteranları, sosial qayğıya ehtiyacı olan, tək yaşayan qoca və ahılları, tanınmış ziyalıları, sahibkarları, gənclər və rayon fəallarını əhatə etmək nəzərəd tutulur.  Başlıca məqsəd, parlament üzvünün məsuliyyətini əhaliyə ətraflı şəkildə təqdim etmək, gələcək birgə fəaliyyətin əsas hədəflərini müəyyənləşdirməkdir.

Kampaniyaya dair ətraflı məlumatlar qarşıdakı günlərdə mütəmadi veriləcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR