İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: "Ölkədə son 20 ildə mənzil fondu 1,6 faiz artıb"

"Azərbaycanda son 20 ildə mənzil fondunun ümumi sahəsi 1,6 dəfə artıb. 2003-cü 125 milyon m2 təşkil edən bütün mənzil fondu, 2022-ci ildə 200,7 milyon m2-ə bərabər olub".

Musavat.com bildirir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda deyib. Zahid Orucun sözlərinə görə şəhər ərazi vahidləri üzrə artım 2 dəfə, kənd ərazi vahidləri üzrə 1,5 dəfə artım qeydə alınıb. Həmçinin bildirib ki, əhalinin hər nəfərinə düşən mənzil sayında dinamikaya nəzər keçirəndə artım 1,4 dəfə olub:

"Son 10 il ərzində isə əhalinin hər nəfərinə düşən sahə mənzil və ev sahəsi 17,6 m2-dən 20 m2-ə çatıb. İqtisadi rayonlardan ən yüksək artım Abşeron-Xızı, ən aşağı artım isə Mil-Muğanda qeydə alınıb. Dövlət hesabına əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin güzəştlə əldə edilməsi sahəsində görülən tədbirlər nəticəsində dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci 1 758 olduğu halda, 2021-ci ildə 3 258 olub. Mənzil fondunun qazla təminatı son 20 ildə 82 %-dən 95,8 %-ə, su ilə təminatı 60,7 %-dən 85,1 %-ə, kanalizasiya ilə təminatı 42,1 %-dən 81,9 %-ə çatdırılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, son 10 il ərzində daşınmaz əmlakın təkrar qeydiyyatı 4,5 dəfə, ilkin qeydiyyatı isə 2,9 dəfə artıb".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR