İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: “Heç bir həftə keçməmiş Hökumət xalqa açıqlama verirsə..”- VİDEO

 

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Milli Məclisin plenar iclasında ölkə prezidenti İlham Əliyevin Söyüdlü hadisələri ilə bağlı çıxışına toxunub.

Musavat.com-un məlumatına görə Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin Söyüdlü hadisələrinə ən yüksək səviyyədə hüquqi-siyasi qiymət verməsi böyük ictimai rəğbət və razılıq doğurdu, aksiyaların səbəblərinə daha əhatəli, sistemli baxış oldu, mötəbər məlumatlara və ədalətə söykəndiyi üçün milli barışı gücləndirdi:

“Bəli, xalqın səsi və rəyi hər zaman prezidentin fəaliyyətinin ana xəttini təşkil edir. 20 iyun tarixində, 30 illik işğalçılıq müharibəsinin vurduğu ekoloji ziyanların və  təzminat davasının beynəlxalq məhkəməyə çıxarıldığı günlərdə Ermənistanla sərhəd bölgəsində, hər zaman sabitlik və dövlətçiliyə sədaqət göstərən insanların haqlı tələblərlə aksiyalara çıxması bizi hədəflərimizdən-sülh müqaviləsi, Zəngəzur dəhlizi və milli birlikdən məhrum etmək istəyənlərin göydəndüşmə fürsətinə çevrildi.

Dünən Nazirlər Kabineti Komissiyanın 2-ci iclasını keçirərək, şirkətin fəaliyyətini müvəqqəti dayandırdı, vətəndaşların onlarla tələblərini haqlı çıxardı. Heç bir həftə keçməmiş hökumət xalqa geniş açıqlama və hesabat verdi. Məgər mütləq prezident tapşırığı olmalıydı ki, hərəkətə keçsinlər? 44 günlük Zəfər savaşında olduğu kimi 3 ildə də 10-larla dövlətin müxtəlif diplomatik-siyasi təxribatlarına qətiyyətlə cavab verən bir lideri mütləq qlobal gündəliyindən ayırıb lokal  miqyasda istismar edənlər heç olmasa indi vəzifə məsuliyyətlərini anlamalıdılar. İlham Əliyevin 2018-ci ildən sonra qurduğu Yeni Hakimiyyətdə təmsil olunan hər bir məmurun, parlament üzvünün, yaxud hakimin qarşısında bircə tələb var-xalqın ayağına getmək, vətəndaşla danışmağı bacarmaq!

Əlbəttə, Söyüdlüdə bir  zəhmətkeş ananın tələbi və hüquqları düşməni qətiyyən maraqlandırmır, yetər ki, Xankəndi-Laçın yolunu aksiyalarla tutub sonda şərti sərhəddə 200 ildə ilk dəfə suverenlik və müstəqillik istehkamı quran dövlətimizi Ağdərədəki qızıl yataqlarından, Birləşmiş Ştatların Zəngəzura metallurgiya zavodu şəklində yerləşdirdiyi bazadan yayındırsınlar, “domino effekti” ilə xaos yaratsınlar. Panama, Peqasus, Pandora və digər P-lərlə dövlətimizə qarşı informasiya terroru edənlər elə həmin ofşor sərvətlərin sahibidilər. Neft üzərində olduğu kimi, Azərbaycanın qızıl yataqları uğrunda mübarizə aparan qüvvələr var. Lakin prezident Qarabağdakı təbii sərvətlərə hansı tələblərlə yanaşırsa,  Gədəbəydəki mədən sənayesinə də eyni ekoloji və sosial şərtlər qoyur”.

Zahid Oruc bildirib ki, dünəndən başlayıblar ki, xarici kampaniyalara hücum var, kimsə milliləşdirmə aparır və sair:

 “Halbuki o şirkətləri dövlətin adına çıxıb min bir böhtan yazanlar, indi ölkəmizi təcridolunma və beynəlxalq məhkəmə ilə hədələyirlər. Heç kəs pay bölgüsü sazişini birtərəfli qaydada ləğv etmir, lakin xarici şirkətlərin korporativ və hüquqi məsuliyyəti tələb oluna bilər, eyni zamanda, ölkəmizi  transmilli, yaxud beynəlxalq kompaniyalarla üz-üzə qoymaq planları da baş tutmayacaq.

”Böyük Ermənistan” rolunda çıxış edən Fransa və qlobal şəbəkələr, xüsusilə də anarxist qrupların çoxsaylı ekoloji profilər-EkoBill, Ekohüquq və digər sosial şəbəkə hesabları yaradaraq, hadisələrin uzunmüddətli prosesə daşıması, vətəndaşları dövləti/şirkəti məhkəməyə verməsi ilə bağlı şirnikləndirmə təbliğatları iflasa uğrayacaq. Bəli, Qələbəmiz hərbi meydanda qazanılsa da müharibə başqa müstəvilərdə davam edir. 1979-cu ildə islam inqilabı edən, Suriya, Liviya, Ukraynada xaos yaradan qüvvələr son nəticədə Azərbaycanda məğlub olacaqlar”.

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR