İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zabitlərimiz müharibədə vəzifələrini layiqincə yerinə yetirməyiblər" - Davtyan

2021-ci ildə 44 günlük müharibə zamanı törədilmiş cinayətlər üzrə 2150 cinayət işi araşdırılıb. 800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Artur Davtyan parlamentdə çıxışı zamanı məlumat verib.

"Artıq 55 nəfərin işi məhkəməyə göndərilib, onların bəzilərinə hökm oxunub. Bağlanmış işlərin araşdırılmasına əsasən, ümumilikdə deyə bilərik ki, bir çox zabitlər, o cümlədən yüksək rütbəli zabitlər hərbi əməliyyatlar zamanı öz vəzifələrini layiqincə yerinə yetirməyiblər", – Davtyan deyib.

O qeyd edib ki, prokurorluq cinayət işlərinin obyektiv araşdırılmasında, müharibədə xoşagəlməz hallara yol vermiş, cinayət törətmiş və ya qanunsuzluqlara yol vermiş hər kəsin məsuliyyətə cəlb edilməsində maraqlıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR