Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Yusif Mustafayev musiqi aləminə ehtiyac ucbatından gəldiyini deyib.
Müğənni 10 uşaqlı evdə böyüdüyünü deyib:
"Atam sürücü olub, anam evdar qadın. Çox çətin yaşamışıq. Qarşıma məqsəd qoydum ki, ailəmi Allahın izni ilə yüksəldəcəyəm. Ağıllı oldum. Çox danışmaq istəmirəm, övladlarım əleyhinədir, hərəsinin öz çevrəsi var. Ancaq onlara dedim ki, TV-nin sayəsində özümün və ailəmin hər işini düzəltmişəm.
Bəziləri evlərini çəkdirirlər. Mənim bir evim var. 10 bacı-qardaşıq, mən "Qalenvagen" sürüm, qardaşım, bacım, övladım kirayə qalsın?! O zaman məndə nə qeyrət olar?!
Deyirlər ki, Amerikaya getdim, 50 min xərclədim. Nə işim var orada?! Kasıb balasıyam, qəpiyimin qədrini bilməliyəm". (Yenisabah.az)
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ