İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanın Türkiyə planı BƏLLİ OLDU - ŞOK "İldırım" həmləsi

Egeydəki son hadisələri öz səhifələrinə daşıyan yunan mətbuatı Afinanın Türkiyə planından yazıb.

Musavat.com xəbər verir ki, CNN Yunanıstan telekanalı "Dəniz Qüvvələri Egeyə "İldırım" gətirir" başlıqlı xəbərində yunan gəmilərinin "Ankaranın təcavüzünə" cavab vermək üçün ilin ilk əməliyyatına başlayacağını yazıb.

“Dəniz qüvvələrinin bu hərəkəti Ankaranın təxribatlarına sərt cavabdır” deyə qeyd olunan xəbərdə bu addım “böyük səfərbərlik” kimi qələmə verilib.

Bildirilib ki, Milad bayramına baxmayaraq, donanma birlikləri işlərini davam etdirir:

63bbb0914e3fe020fcb81c04.jpg (38 KB)

"Ankara rejiminin döyüşkən ritorikası, raket təhdidi, miqrasiyanın vasitələşdirilməsi, Yunanıstanın suverenliyini və sərhədlərini şübhə altına alması Baş Qərargahda rahatlığa yer qoymadı və Baş Qərargah rəisinin göstərişi ilə bir çox gəmi həyəcan vəziyyətinə gətirildi".

Məlumata görə, Yunan Donanmasının arxipelaqdakı üstünlüyünü təsdiqləmək üçün yanvarın 18-də "İldırım" təlimi keçiriləcək. Təlimə freqatlar, sualtı qayıqlar, təyyarələr və elit birliklər qatılacaq.

Egey və Aralıq dənizində Türkiyədən geri qalan Afinanın son ümidi enerji obyektləri və karbohidrogen mədən platformaları kimi mühüm hədəflərin qorunmasına yönələn ssenarilərə xüsusi diqqət yetirməkdir.

63bbb03f4e3fe020fcb81c02.jpg (51 KB)

Təlim çərçivəsində düşmən donanmasının tamamilə məhv edilməsi və bölgələrin geri alınmasını nəzərdə tutan ssenarilər də icra ediləcək.

Digər tərəfdən, Yunanıstanın təhsil nazirinin müavini və beynəlxalq hüquq professoru Angelos Syrigosun sözləri ölkədə şok effekti yaradıb.

Syrigos Türkiyənin F-16 almasının Afinanın maraqlarına uyğun olduğunu bildirib:

“Biz Türkiyənin F-16 almasını istəyirik. İndi yox... Uzunmüddətli perspektivdə... Çünki biz onun Qərb tərəfindən idarə olunmasını istəyirik”.

Yunanıstanlı siyasətçi Türkiyənin Rusiya döyüş təyyarələrinə sahib olmasının ən pis ssenari olduğunu vurğulayıb:

“Rus silah sistemlərinə malik bir Türkiyə təsəvvür edin... Onun bizə qarşı təcavüzünü heç kim dayandıra bilməz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR