Onlayn ictimai-siyasi qəzet
Florida ştatından keçən Milton qasırğasının səbəb olduğu dağıntılar ABŞ-da bu il sığortalanmış zərərin ümumi həcminin 100 milyard dolları ötməsinə gətirib çıxaracaq.
Musavat.com Fitch Ratings Beynəlxalq Agentliyinə istinadən xəbər verir ki, artıq 5-ci ildir ki, ABŞ-da təbii fəlakətlərin vurduğu sığortalanmış zərərin həcmi 100 milyard dolları keçir.
Fitch Ratings hesablamalarına görə, Miltonun özündən sığortalanmış zərər 30-50 milyard dollar təşkil edəcək.
Agentlik bildirir ki, belə böyük məbləğ gələn il sığorta tariflərinin aşağı düşməsi üçün istənilən perspektivləri məhdudlaşdıracaq.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ