Onlayn ictimai-siyasi qəzet
Fransa Ermənistana 75 milyon avro məbləğində kredit ayırıb.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin maliyyə nazirinin müavini Eduard Akopyan Milli Assambleyada parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasında oktyabrın 11-də Fransa İnkişaf Agentliyi ilə imzalanmış müvafiq kredit sazişinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, proqram üç əsas komponentdən ibarətdir: “Bu, dövlət maliyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət qiymətli kağızlarının emissiyası və idarə olunması sisteminin, eləcə də pul bazarı infrastrukturunun gücləndirilməsi, biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni alətlərin hazırlanması və daha şəffaf idarəetmənin təmin edilməsidir”.
Bu saziş çərçivəsində Ermənistana dövlət büdcəsinə sonrakı dəstək üçün 75 milyon avro məbləğində kreditin ayrılması nəzərdə tutulur. Borcun əsas ödəmə müddəti 20 ildir. Bunun 5 ili güzəşt müddəti olacaq.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ