İnsanlara hürriyət, millətlərə istiqlal!

Arılardan xilas olmaq istəyərkən 17 evi yandırdı: Tragikomik hadisə

Rusiyanın Rostov vilayətində tragikomik hadisə baş verib. Belə ki, yerli sakin tingləri əkərkən torpaq arılarının yuvasından xilas olmağa çalışıb, ancaq 17 evin məhv edilməsi ilə nəticələnən odlu fəlakət törədib.

Bu barədə regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, kişi arılardan xilas olmaq üçün onların yuvasını yandırmağa qərar verib. Lakin güclü külək və quru bitki örtüyü səbəbindən alov sürətlə qonşu sahələrə yayılıb. Vəziyyət bir neçə dəqiqə ərzində nəzarətdən çıxıb və yaxınlıqdakı yaşayış evlərini bürüyüb.

Yanğın nəticəsində ümumilikdə 17 tikili məhv olub.

Xəsarət alan olmasa da, maddi zərərin çox olduğu vurğulanıb.//Oxu.az

FLjvhr0rjw9TxWyyTVORtuZSsV9olvND.jpg (109 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR