İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan adasında BBC jurnalistinin cəsədi tapıldı

Yunanıstanın Sima adasında istirahət edərkən itkin düşən BBC-nin aparıcısı, televiziya jurnalisti və dietoloq Maykl Mosli ölü tapılıb.

Bu barədə bazar günü, iyunun 9-da BBC-nin saytında məlumat verilib.

Bildirilib ki, 67 yaşlı aparıcının cəsədi iyunun 9-da Aqia Marina çimərliyi yaxınlığında tapılıb.

Adanın meri Lefteris Papakalodukasın sözlərinə görə, axtarış qrupları kameralarla sahil xəttini yoxlayan zaman cəsəd aşkar edilib. Polis aydınlaşdırıb ki, Moslinin ölümü bir neçə gün əvvəl baş verib.

Qeyd olunur ki, axtarışlarda yanğınsöndürənlər, helikopterlər, dronlar, xüsusi itlər, yerli sakinlər, Mosli ailəsinin üzvləri iştirak ediblər.

Xatırladaq ki, jurnalist iyunun 5-də yoxa çıxıb.

Mənbə: iz.ru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR