Onlayn ictimai-siyasi qəzet
Martın 25-də Yunanıstanın "Müstəqillik Günü" çərçivəsində Afinada keçirilən rəsmi paradda Hərbi Dəniz Qüvvələrinin piyadaları "Kipr Yunanıstandır. Lənət olsun Türkiyəyə!" şüarlarını səsləndirib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, yayılan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub və ciddi etirazlara yol açıb.
Hadisəyə Ankara da dərhal reaksiya verib. Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayaraq bu görüntüləri "həyasız və qəbuledilməz" adlandırıb. Eyni zamanda, Yunanıstan rəsmilərindən izahat tələb edildiyi bildirilib.
Sözügedən davranış Türkiyə-Yunanıstan münasibətlərinə zərər vurmağa yönəlmiş bir təxribat kimi qiymətləndirilib və Ankaranın bununla bağlı rəsmi mövqeyini Yunanıstan hakimiyyətinə çatdırdığı vurğulanıb.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ