İnsanlara hürriyət, millətlərə istiqlal!

Belqorodda ÖLÜM-DİRİM savaşı gedir, Dneprə BOMBALAR YAĞDI - CANLI

Ukrayna Silahlı Qüvvələri (VSU) Rusiya ərazisinə, xüsusilə də Belqorod vilayətinə daxil olub. Musavat.com xəbər verir ki, Reuters agentliyi Rusiya hərbi mənbələrinə istinadən bildirir ki, ukraynalı hərbçilər bölgədə mövqe tutublar.

Analitiklərin fikrincə, bu əməliyyatın əsas məqsədi Rusiya qüvvələrinin Kursk vilayətindəki döyüşlərdən diqqətini yayındırmaqdır. Finlandiyanın "Black Bird Group" hərbi eksperti Emil Kastehelmi isə hesab edir ki, Ukrayna qüvvələri Rusiya müdafiəsinin ilk xəttini yararaq 3-4 km irəliləməyi bacarıb.

Ukraynada Dnepr şəhərinə hücum nəticəsində isə ilkin məlumata görə bir nəfər həlak olub. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının (OVA) məlumatına əsasən, işğalçı qüvvələrin hücumu nəticəsində Ukraynanın Dnepr şəhərində bir nəfər həlak olub. Yaralıların sayı altıya yüksəlib. Onların arasında 27 yaşlı hamilə qadın da var. İki yaralının vəziyyəti ağırdır – bu, 69 yaşlı kişi və qadındır.

TVMusavat-ın bu gün saat 12:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla Ukrayna böhranını müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR