İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türk siyasətçi həbsxanadan foto paylaşdı: "İlk dəfə bir ovuc göy üzü gördüm” - FOTO

Türkiyədə həbsdə olan Zəfər Partiyasının lideri Ümit Özdağ Silivri cəzaçəkmə müəssisəsindən duyğulu bir mesaj paylaşaraq, həbs həyatının ağır reallıqlarını bölüşüb.

Özdağ şəxsi sosial media hesabında yazıb:

“Bugün 66 gündür ki, ilk dəfə göy üzünü tikanlı məftilsiz gördüm. Həftədə 1 saatlıq açıq hava sahəsinə çıxmaq haqqım var. Amma bu günə qədər bu imkanım olmamışdı. Çünki vəkil görüş saatlarına təsadüf etdiyindən istifadə edə bilmirdim".

O, istifadə etdiyi açıq sahənin 50x50 metr ölçüsündə, süni otla örtülmüş mini futbol meydançası olduğunu qeyd edib və vurğulayıb ki, bu ərazidə başın üzərində tikanlı məftil yoxdur, yəni insan doğrudan da göy üzünü görə bilir.

“Allahıma şükürlər olsun, günahsız bir şəkildə Silivri zindanındayam. Liseyə gedərkən mərhum Çətin Altanın ‘Bir Avuç Gökyüzü’ adlı romanını oxuduğumu xatırlayıram. Bu gün bir ovuc göy üzünü gördüm".

Musavat.com bildirir ki, Ümit Özdağ Türkiyədə tanınmış siyasətçi, akademik və publisistdir. O, Zəfər Partiyasının qurucusu və hazırkı sədridir. Türk millətçiliyi ideologiyasını təmsil edən Özdağ, əvvəlcə MHP, sonra isə İYİ Partidə siyasi fəaliyyət göstərmiş, daha sonra ayrılaraq öz partiyasını qurmuşdur.

Ümit Özdağ 1961-ci ildə Tokioda doğulub. Atası, MHP-nin qurucularından olan Mümtaz Özdağ, anası isə yazar Gönül Özdağdır. Ümit Özdağ ABŞ və Almaniyada təhsil alıb, təhlükəsizlik və strateji araşdırmalar üzrə akademik fəaliyyəti ilə tanınıb.

Özdağ miqrasiya siyasətinə qarşı sərt mövqeyi və radikal çıxışları ilə tanınır. Son zamanlar isə siyasi ritorikasında həm də “dərin dövlət” və təhlükəsizlik mövzularını ön plana çıxarmışdı.

Rəsmi məlumatlara görə, onun həbsi bir neçə əsas məsələ ilə əlaqələndirilir:

1. “Xalqı kin və nifrətə təşviq” və “ictimai asayişi pozmağa cəhd” ittihamları:

Ümit Özdağ son aylarda miqrasiya və təhlükəsizlik mövzusunda sərt və radikal çıxışları ilə gündəmə gəlmişdi. Əfqan və suriyalı qaçqınlara qarşı ifadələri, bəzi dairələr tərəfindən irqçilik və nifrət çağırışı kimi dəyərləndirilib.

2. Rəsmi qurumları hədəf alan çıxışlar:

O, xüsusilə Daxili İşlər Nazirliyini, Göç İdarəsini və bəzi məhkəmə orqanlarını sərt şəkildə tənqid edib, “dövlət içində qeyri-rəsmi strukturların olduğunu” iddia edib. Bu çıxışlar rəsmi dairələrdə “dezinformasiya və ictimai təxribat” kimi qiymətləndirilib.
3. Seçki öncəsi təhlükəsizlik narahatlığı:

Ümit Özdağ 2024-cü ilin sonlarında keçirilmiş bələdiyyə seçkiləri ərəfəsində də sərhədlərin bağlanması, qaçqınların deportasiyası, yerli özünü müdafiə dəstələrinin qurulması kimi təkliflərlə çıxış etmişdi. Bu təkliflər, bəzi dairələr tərəfindən konstitusiya və hüquq normalarına zidd kimi dəyərləndirildi.
4. Sosial mediada yaydığı bəzi videolar və çağırışlar:

Prokurorluq bəzi paylaşımlarında zorakılığı təşviq etdiyi və dövlət orqanlarına qarşı çağırışlar səsləndirdiyi qənaətinə gəlib. Bu əsaslarla onun haqqında tutma qərarı verilib və Silivri həbsxanasına köçürülüb.

Musavat.com bildirir ki, İstanbul Meri Əkrəm İmamoğlu da bu həbsxanada saxlanılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR