İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da hicablı türk tələbənin saxlanması ilə bağlı qalmaqal davam edir - YENİ QƏRAR

ABŞ-da təhsil alan hicablı türk tələbə Betül Yıldırımın saxlanılması ilə bağlı yayılan skandal görüntülər geniş rezonans doğurmuşdu.

Musavat.com bu hadisəni 3 gün əvvəl Azərbaycan auditoriyasına da təqdim etmiş, məsələ ilə bağlı həm görüntüləri, həm də tələbənin vəziyyətini diqqətə çatdırmışdı.

Hadisə ABŞ-ın Nyu-Heyven şəhərində, Yale Universiteti yaxınlığında baş vermişdi. Polis, Betül Yıldırımın öz avtomobilinə minmək istədiyini iddia edərək onu güclə yerə yıxmış, əl-qolunu bağlayaraq saxlamışdı. Bütün bu anlar isə ətrafdakı təhlükəsizlik kameralarına əks olunmuşdu.

 
CNN Türk: Rəsmi qərar verildi

CNN Türkün məlumatına görə, ABŞ məhkəməsi hadisənin hüquqi qiymətləndirilməsi ilə bağlı ilkin qərarını verib. Məhkəmə Betül Yıldırımın saxlanılmasında polisin ehtiyatsız və lüzumsuz güc tətbiq etdiyi qənaətinə gəlib.

Türkiyə Xarici İşlər Nazirliyinin və ABŞ-dakı türk diasporunun məsələni diqqətdə saxlaması, eləcə də beynəlxalq hüquq müdafiə təşkilatlarının təpkisi, qərarın verilməsində rol oynayıb.

Xatırladaq ki, Musavat.com 3 gün əvvəl yayımladığı xəbərdə Betül Yıldırımın polis tərəfindən saxlanıldığı görüntüləri və tələbənin hüquqlarının pozulması ilə bağlı beynəlxalq reaksiyaları ətraflı şəkildə işıqlandırmışdı.

Eyni zamanda bildirilmişdi ki, Betül Yıldırımın hicablı olması və müsəlman kimliyi səbəbindən ayrı-seçkiliyə məruz qalması ehtimalı istisna edilmir. Digər bir versiyada isə, onun Fələstini dəstəkləyən sənədə imza atması qeyd olunurdu.

Betül Yıldırımın ailəsi və hüquqşünasları məsələ ilə bağlı açıqlama verərək bildiriblər ki, bu cür davranışlar nə hüquqi, nə də insani baxımdan qəbul edilə bilməz. Onlar tələbənin hüquqlarının sonadək müdafiə ediləcəyini və məsələ ilə bağlı ABŞ-da da hüquqi mübarizənin davam etdiriləcəyini qeyd ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR