İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüksək bal toplayan müəllimlər direktor seçilə bilərlər - RƏSMİ

"Sertifikatlaşdırma təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlmiş prosesdir".

Musavat.com xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində nəzərə alınması planlaşdırılır:

"Sertifikatlaşdırmada ən yüksək nəticə göstərmiş müəllimlər gələcəkdə ödənişli əsaslarla mentor müəllim kimi məktəbdaxili metodik xidmətə cəlb olunacaqlar".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR