İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevin gülünc şərhi - "...banderaçıların işidir"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün “Max” kanalında yazıb ki, Avropa ölkələrinə enən pilotsuz təyyarələr “banderaçıların təxribatı” ola bilər.

"Avropa şəhərlərini UFD və ya naməlum uçan dronlar epidemiyası bürüyüb. Dronlar hər yerdədir: hərbi bazaların yaxınlığında, hava limanlarında, tarlalarda və şəhərlərin üstündə. Onların kimin olduğu bəlli deyil. Hansı versiyalar var?" - Təhlükəsizlik Şurasının sədr müavini ritorik sual qoyub.

Medvedyevin sadaladığı nəzəriyyələrdən birincisi “Bandeaçılarn silah təchizatını yaxşılaşdırmaq və müharibəyə səbəb olmaq üçün təxribatları”dır. Siyasətçi hesab edir ki, "çox güman ki, adi PUA-nın yolu izlənilə bilər. Avropada bir dəstə mənasız ukraynalı sapıq yaşayır. Avropada uçan pilotsuz təyyarələr cəbhə xəttindən daha təhlükəsizdir", - Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.

“Qoca qitə”də isə heç kəs naməlum dronların Rusiyaya məxsus olduğuna şübhə etmir. Bu xüsusda ikinci versiya belə yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR