İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Bolqarıstan hava limanında qalmaqal yaratdı

Bolqarıstanın paytaxtı Sofiyanın Vasil Levski hava limanında Ermənistan nümayəndə heyəti ilə səs-küylü diplomatik qalmaqal baş verib.

Musavat.com xəbər verir ki,  bu barədə "Blitz qəzeti" məlumat yayıb.

Məlumata görə, Ani bələdiyyəsinin meri Arman Saribekyanın rəhbərlik etdiyi nümayəndə heyəti 1 oktyabrda hava limanında təhqiredici yoxlamaya məruz qalıb: gələnlərin tam soyundurularaq yoxlandığı, dindirildiyi və bir neçə saat hava limanının xidməti otaqlarında saxlanıldığı bildirilir.

Ermənistan nümayəndə heyəti Bolqarıstana Novi-Pazar şəhərinin meri Georgi Georgiyevin dəvəti ilə səfər edib. Ermənilərin iddiasına görə, rəsmi şəxslər və onları müşayiət edənlər bütün zəruri sənədlərə və Sofiyadakı Bolqarıstan səfirliyi tərəfindən verilmiş Şengen vizalarına malik olublar. Buna baxmayaraq, onlar saat 02:20-də eniş etdikdən dərhal sonra sərhəd polisi tərəfindən saxlanılıblar.

Polis əməkdaşları erməni nümayəndə heyətini sərhədi qanunsuz keçməyə cəhd göstərməkdə və Avstriyaya getmək niyyətində olmaqda şübhələndiklərini bildiriblər. Söhbət yalnız bolqar və ingilis dillərində aparılıb, rus dilində danışmaq cəhdləri isə alınmayıb.

Nümayəndə heyəti 3 saatdan sonra azad edilib, lakin onlara 4 oktyabrda hava limanına qayıdıb ölkəni tərk etmək əmri verilib, əks halda onlara giriş qadağası tətbiq olunacağı bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR