Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Smolensk bölgəsində baş verən qəza zamanı yük avtomobili dəmir yolu xəttində hərəkətdə olan qatarla çarpışıb.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində lokomotivin maşinisti və onun köməkçisi yaralanıb.
Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, toqquşmadan sonra yanacaq daşıyan altı vaqon alışıb. Alovun qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürən briqadası və bərpa qatarları cəlb olunub.
Hazırda yanğının söndürülməsi və dəmir yolu xəttində hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ