İnsanlara hürriyət, millətlərə istiqlal!

Yoxa çıxan məşhur kriminal avtoritet tapıldı - Rusiya axtarırdı

"Jorik Tbilisski" ləqəbli kriminal avtoritet Georgi Manukyan iyulda Monteneqronun Tivat hava limanında saxlanılıb.

59 yaşlı Jorik cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq maddəsi ilə Rusiyada qiyabi ittiham olunub.

Manukyana 1993-cü ildə Krasnodarda Vladimir Volkov (Volçok) və Aslan Usoyan (Xasan) tac qoyub. Kriminal avtoritet dəfələrlə narkotikə görə həbs olunub.

2017-ci ildə Jorik Tbilisski hədə-qorxu ilə tələb etmə maddəsi ilə istintaq təcridxanasına salınsa da, 2020-ci ildə barəsindəki məhkəmə hökmü ləğv edilib. O vaxtdan bəri heç kim "qanuni oğru"nun harada olduğunu bilməyib.//Publika.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR