İnsanlara hürriyət, millətlərə istiqlal!

Yoldan “Kalaşnikov” tapan şəxs məhkəmədə qandallandı

Samux rayonu, Əhmədbəyli kəndində “kalaşnikov”la tutulan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, rayon sakini Valəddin Məmmədovun üzərinə baxış keçirilən zaman içərisində dörd ədəd patron olan avtomat darağı aşkar olunaraq götürülüb. Şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun rayonun Əhmədbəyli kəndi ərazisində gizlətdiyi “Kalaşnikov” markalı avtomat da aşkar edilərək götürülüb.

V.Məmmədov “Kalaşnikov”u yol kənarından tapdığını deyib. Bildirib ki, silahı gizlədib, amma patronları üzərində gəzdirib. Sonra bunun təhlükəli olduğunu düşünüb və silahla birlikdə gizlətmək istəyib. Həmin ərəfədə polis onu saxlayıb.

Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qərarı çıxarıb. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş V.Məmmədov 8 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından qandallanıb.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR