İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerə “potensial təhlükəli” asteroid yaxınlaşır

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) 2022 JE1 asteroidinin iyulun 3-də Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.

AZƏRTAC “Daily Star” qəzetinə istinadla xəbər verir ki, NASA kosmik cismi Yer kürəsi üçün “potensial təhlükəli” adlandırıb.

Diametri 50-155 metr arasında dəyişən asteroid iyulun 3-də Yer kürəsinə 3,29 milyon kilometrə qədər yaxınlaşacaq ki, bu da Aya olan məsafədən 9 dəfə çoxdur. Onun Yerə növbəti gözlənilən yaxınlaşması beş il sonra, 2027-ci il iyulun 14-də baş tutacaq.

Qeyd edək ki, NASA kosmik cismi Yer kürəsinə 7,48 milyon kilometrdən az məsafəyədək yaxınlaşdığı üçün “potensial təhlükəli” asteroid hesab edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR