İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşən SEPAH generalı haqda SON DƏQİQƏ məlumatı - TƏFƏRRÜAT

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının rəhbəri, briqada generalı İsmayıl Qaani itkin düşüb.

Musavat.com bu barədə "Reuters"ə istinadən xəbər verir. 

Agentliyin məlumatına görə, etibarlı mənbələr Qüds Qüvvələri komandanı İsmayıl Qaaninin ölümünü artıq təsdiq ediblər. Lakin bu barədə hələlik heç bir rəsmi açıqlama verilmir.

Məlumatda qeyd edilir ki, onun nəşi İran XİN rəhbərinin ötən həftə Beyruta səfəri zamanı Tehrana aparılıb.

Başqa bir mənbənin verdiyi məlumata görə, İsmayıl Qaani cümə axşamı günü ( 3 oktyabrda) Həsən Nəsrullahın mümkün varisi Haşim Səfiuddinə edilən hücum zamanı Beyrutun cənub ətraflarında olub. Hücumda onun da hədəf alındığı deyilir.

Mənbə həmçinin əlavə edib ki, o vaxtdan bəri İran və "Hizbullah" Qaani ilə əlaqə saxlaya bilməyib.

Adı açıqlanmayan rəsmi mənbə də, Qaaninin Nəsrullahın ölümündən sonra Livana getdiyini və Səfiuddinin hədəf aldındığı iddia edilən hücumdan sonra onunla əlaqə saxlanılmadığını təsdiqləyib.

Qeyd edək ki, İsmayıl Qaani ötən ay Hizbullah lideri Seyid Həsən Nəsrullahın İsrailin hava hücumu zamanı öldürülməsindən sonra Livana səfər etmişdi.

Xatırladaq ki, Qaani 2020-ci il yanvarın 3-də Bağdadda ABŞ pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülən Qaslım Süleymaninin yerinə təyin edilmişdi.

Toğrul İSMAYIL, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR