İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeqişe Kirakosyan: Azərbaycanın əlində olan ermənilərin qaytarılması məsələsi daha çox siyasi çərçivədə müzakirə olunur

Təəssüf ki, (ermənilərə görə - red.) Beynəlxalq Ədalət Məhkəməsi və Avropa Məhkəməsi, erməni məhbusların repatriasiyası məsələsinin onların birbaşa səlahiyyətlərindən kənarda olduğunu düşünür.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə dekabrın 9-da jurnalistlərlə söhbətində Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan danışıb.

Onun sözlərinə görə, məhkəmə beynəlxalq hüquqa əsaslanaraq müəyyən qərarlar qəbul edən müstəqil qurumdur.

“Təəssüf ki, məhbusların qaytarılması məsələsi daha çox siyasi gündəm çərçivəsində müzakirə olunur”, - deyə Kirakosyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR