İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Si Cinpinlə Ukrayna müharibəsini mütləq müzakirə edəcəyik”  

 ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Çin lideri Si Cinpinlə keçiriləcək görüşdə Ukraynadakı müharibə məsələsini əsas mövzulardan biri kimi qaldıracağını bildirib.

“Mən demək olar ki, əminəm ki, çox yaxşı, bəlkə də çox məhsuldar bir görüşümüz olacaq. Fikrimizcə, bu danışıqlar faydalı keçəcək. Müzakirə edəcəyimiz əsas mövzulardan biri Rusiya və Ukraynadır. Biz bu barədə mütləq danışacağıq. O da istəyir ki, bu müharibə bitsin”, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton və Pekin arasında dialoqun bərpası qlobal sabitlik üçün vacibdir və Çin də münaqişənin sülh yolu ilə həllində maraqlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR