İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeniyetmənin katerin altında qalması ilə bağlı YENİ DETALLAR

Xəbər verdiyimiz kimi, dünən Mingəçevir su anbarında 16 yaşlı Nəsib Kazımlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Hadisənin yeniyetmənin təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən baş verdiyi məlum olub. Belə ki, N.Kazımlı təhlükəsizlik səddini keçib və su anbarındakı şardan öndə üzüb. Bu zaman yaxınlaşan kateri görən yeniyetmə suyun altına dalaraq xəsarət almaqdan yayınmaq istəsə də, başından ağır zədə alıb. Son anda katerin altında adam qaldığını görən şəxs nəqliyyat vasitəsini saxlayaraq ona kömək edib və sahilə çıxarıb.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, 16 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya qəbul edilib. Baş nahiyəsindən xəsarətlər alan Nəsibin həyatına təhlükənin olmadığı qeyd edilib.

Qeyd edək ki, N.Kazımlı xəstəxanaya alın sümüyünün qəlpəli sınığı, subaraxnoidal qanaxma, burun sümüyünün sınığı, alın-təpə nahiyyəsinin kəsilmiş-cırılmış yarası, sol bud nahiyyəsinin orta hissəsinin kəsilmiş yarası diaqnozları ilə daxil olub və reanimasiyaya yerləşdirilib.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR