İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiya Rusiyaya PUA-lar verən İranı cəzalandırdı - Generallar sanksiyaya məruz qaldı

Yeni Zelandiya Ukrayna münaqişəsində Rusiyaya dəstək verdiyinə görə İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirıiyi məlumat yayıb.

“Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən Rusiyaya hərbi texnologiya tədarükünə görə İrana qarşı yeni sanksiyalar tətbiq olunur. Məhdudlaşdırıcı tədbirlər üç İran vətəndaşına, həmçinin PUA-ların istehsalı və Rusiyaya göndərilməsi ilə məşğul olan bir təşkilata şamil ediləcək”, – məlumatda deyilir.

Xarici işlər naziri qeyd edib ki, sanksiya siyahısına briqada generalı Səid Ağacani və SEPAH Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri daxil edilib. Bundan başqa, İranın “Shahed Aviation Industries” şirkətinə də məhdudiyyətlər qoyulub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR