İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövsümi viruslardan qorunmaq üçün BUNLARI EDİN

“Mövsümi viruslardan qorunmaq üçün bir sıra tədbirləri nəzərə almaq lazımdır”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun terapevti Günel Sadıqlı açıqlayıb.

Onun sözlərinə görə, müntəzəm olaraq, xüsusilə ictimai yerlərə getdikdən sonra əllərin sabun və su ilə yuyulması, həmçinin spirt tərkibli əl təmizləyici vasitələrdən istifadə edilməsi faydalıdır:

“Vitaminlər və minerallarla zəngin qidalar, xüsusilə C vitamini (meyvələr, tərəvəzlər) və D vitamini (balıq, yumurta) ilə zəngin qidalarla balanslı qidalanmaq, gündəlik 7-8 saat yuxu almaq bədənin immun sistemini gücləndirməyə kömək edir. Fiziki aktivlik qan dövranını yaxşılaşdırır və immuniteti gücləndirir. Stressin azaldılması, immun sisteminizin düzgün işləməsinə kömək edir. Meditasiya, yoga və ya bu kimi sevdiyiniz fəaliyyətlə məşğul olmaqda fayda var”.

Terapevt bildirib ki, mövsümü viruslardan qorunmağın daha effektiv yollarından biri də qripə qarşı peyvənd olunmaqdır:

“Əhalinin sağlamlığının qorunması və qarşıdan gələn payız-qış mövsümündə gözlənilən kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Bununla bağlı vətəndaşlar yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator–poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. İctimai yerlərdə hava dövranını təmin etmək virusların yayılma riskini azaldır. Xəstə insanlarla yaxın təmasdan qaçınmaq və onların yanında olmaqdan çəkinməyi tövsiyə edirik”.

Günel Sadıqlı sonda qeyd edib ki, bu kimi tədbirlər mövsümi viruslardan qorunmağı asanlaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR