Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada son dövrlərdə qaşınma xəstəliyinə yoluxanların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Musavat.com xəbər verir ki, “The Daily Mail” nəşrinin məlumatına görə, xəstəlik dərmanlara qarşı yüksək müqavimət göstərdiyindən müalicəsi daha da çətinləşib.
Britaniya Dermatoloqlar Assosiasiyasının məlumatlarına əsasən, hazırda hər min nəfərdən üçü, yəni təxminən 200 min insan bu infeksiyaya yoluxub.
Xəstəliyin simptomları isə infeksiyaya yoluxduqdan üç-altı həftə sonra özünü göstərməyə başlayır.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ