Onlayn ictimai-siyasi qəzet
Qətərin baş naziri İran rəsmiləri ilə telefon danışığı apararaq Tehranın Vaşinqtonun irəli sürdüyü atəşkəs təklifini qəbul etməsinə çalışıb.
Musavat.com xəbər verir ku, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, telefon danışığı zamanı Qətər tərəfi İranı İsraillə münaqişənin dayandırılması üçün ABŞ tərəfindən təklif edilən razılaşmaya razı salmağa çalışıb.
Xatırladaq ki, daha əvvəl İran rəsmisi ABŞ-ın atəşkəs planına razılıq verildiyini təsdiqləmişdi. Plana əsasən, tərəflər qarşılıqlı şəkildə hərbi əməliyyatları dayandıracaq və münaqişənin sülh yolu ilə həlli üçün diplomatik kanallar açılacaq.
Qətər bölgədə həm Tehran, həm də Vaşinqtonla münasibətləri qoruyan nadir ölkələrdən biri olaraq bu cür diplomatik təşəbbüslərdə mühüm rol oynayır.
Şahanə Rəhimli
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ