İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İsrail qırıcıları İran səmasında – Tehran istiqamətində hərbi hərəkətlilik

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrdən ibarət eskadrilyanın hazırda İranın Zəncan bölgəsi üzərində hərəkətdə olduğu bildirilir.

Musavat.com xəbər verir ki, məlumata görə, qırıcılar Tehran istiqamətində irəliləyir.

Hadisə bölgəsində yaşayan sakinlər səma üzərində intensiv təyyarə səsləri eşitdiklərini bildiriblər. Sosial şəbəkələrdə yayılan bəzi görüntülərdə qırıcıların uçuş trayektoriyası və istiqaməti izlənilə bilir.

İsrail və İran arasında son günlərdə artan gərginlik fonunda bu hərəkətlilik ciddi narahatlıq doğurub. Hazırda İran tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Təhlükəsizlik qüvvələri və hərbi qurumlar yüksək hazırlıq vəziyyətinə gətirilib. 

 

Musavat.com

@@TVmusavat/119266@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR