Onlayn ictimai-siyasi qəzet
İranın paytaxtı Tehran da daxil olmaqla bir neçə bölgəsində partlayış səsləri eşidilib. Bu barədə İranın “NourNews” agentliyi məlumat yayıb.
Agentliyin verdiyi xəbərə görə, partlayışlar həmçinin ölkənin şimalında yerləşən Rəşt şəhərində və Gilan vilayətində də qeydə alınıb. Məlumatlarda partlayışların İsrailin hava zərbələri nəticəsində baş verdiyi bildirilir.
Hadisə ilə bağlı İran rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib. Zərbələrin hansı obyektləri hədəf aldığı və itkilərin olub-olmadığı barədə məlumatlar dəqiqləşdirilir.
Şahanə Rəhimli
Musavat.com
@@TVmusavat/119270@@
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ