İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənsarullah rəsmisindən İrana dəstək: “Bu cavab cəsarətli və güclüdür”

Musavat.com xəbər verir ki, Yəməndəki Ənsarullah hərəkatının yüksək rütbəli nümayəndəsi, Səba dövlət xəbər agentliyinin rəhbəri Nəsirəddin Amer İranın ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə qarşı həyata keçirdiyi son raket zərbələrini müdafiə edib. O, bu barədə İranın Təsnim xəbər agentliyinə verdiyi eksklüziv müsahibəsində danışıb.

Amer bildirib ki, İranın cavabı həm cəsarətli, həm də güclü olub və ABŞ-ın və sionist rejimin bölgəyə qarşı təcavüzünə layiqli reaksiya verilib. O, həmçinin İran xalqını və rəhbərliyini bu hücuma görə təbrik edib.

Ənsarullah nümayəndəsi əlavə edib ki, İranın cavab zərbələri heç bir halda regionun ərəb ölkələrinin suverenliyinə təhdid təşkil etməyib. Onun sözlərinə görə, İranın əsas hədəfi yalnız ABŞ hərbi bazaları olub və bu, İslam Respublikasının region ölkələrinin təhlükəsizliyinə verdiyi əhəmiyyətin göstəricisidir.

Nəsirəddin Amer ABŞ-ın isə əksinə, İranın nüvə obyektlərinə zərbələr endirməklə yalnız öz maraqlarını güddüyünü və regional müttəfiqlərinin mövqeyini nəzərə almadığını bildirib.

Qeyd edək ki, bu açıqlama İranın Qətərdə yerləşən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumu həyata keçirməsindən sonra verilib. Hazırda bölgədə gərginliyin səviyyəsi yüksək olaraq qalır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR