İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni "taxt oyunu": Tramp yerində qalmaq, Obama isə qayıtmaq istəyir

"Ağ Evdə yeni taxt oyunu gedir: Tramp yerində qalmaq, Obama isə geri qayıtmaq istəyir".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edib ki, Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı uzun müddətdir davam edən istintaqa görə, Donald Tramp və komandası eks-prezident Barak Obamaya qarşı ittihamlar səsləndirib.

ZEYNAL .png (200 KB)

"İddialara görə, Trampı Moskvanın agenti kimi təqdim etmək üçün o vaxtkı nəticəsiz cəhdlərin arxasında məhz keçmiş prezident dayanıb. Bildirilir ki, bu səbəbdən gələcəkdə Obama haqqında vətənə xəyanətlə bağlı cinayət işi qaldırıla bilər. Bu təhdid Trampın pedofil Ceffri Epşteyn işi ilə bağlı qalmaqalla əlaqədar adının hallandırılmasına cavabıdır. Ağ Ev rəhbəri özünün "Truth Social" sosial şəbəkəsində milli kəşfiyyatın direktoru Tulsi Qabbardı, eləcə də jurnalist Harrison Fildsi "yaxşı iş" münasibəti ilə təbrik edib", - deyə politoloq bildirib.

Zeynal Əmrəliyevin fikrincə, Donald Trampın Barak Obama üzərinə hücuma keçməsi son bir neçə amillə bağlıdır:

"İlk növbədə bu, son zamanlar Obama ailəsinin Demokratlar Partiyası içərisində artan nüfuzuna görədir. Demokratlar içərisindəki bəzi fiqurlar yenidən Obama dövrünə qayıtmaqla bağlı çağırışlar edirlər. Barak Obamanın yenidən prezident seçilmək şansı olmadığına görə onun yerinə sabiq prezidentə yaxın olan şəxslərdən birinin, o cümlədən həyat yoldaşı Mişel Obamanın namizədliyi təklif edilir.

Başqa bir variant isə Respublikaçılar Partiyasının Trampın önünü açmaq üçün son zamanlar respublikaçıların səsləndirdiyi prezident seçilmək üçün 2 dəfə namizəd olmaq qadağasının ləğvi ilə bağlı təklifin demokratlar tərəfindən də dəstəklənməsidir.

Sabiq prezidentin tərəfdarları düşünürləri ki, bu, Obamanın Ağ Evə qayıdışının yolunu aça bilər. Tramp bu yolla potensial rəqibini sıradan çıxara və ya onun mövqeyini zəiflədə bilər.

İkinci bir məsələ isə Trampın Obamadan heyif almaq cəhdidir. 2016-cı il prezident seçkiləri zamanı açıq şəkildə Hillari Klintona dəstək verən Barak Obama Donald Trampı Rusiyanın adamı adlandırırdı. Bu, hazırkı prezidentin reytinqinə ciddi təsir göstərdi və seçki yarısında ona xeyli çətinlik yaratdı. Tramp da Obamanı "vətənə xəyanət"də ittiham etməklə sələfini cəzalandırmaq istəyir".

Z.Əmrəliyev vurğulayıb ki, Barak Obama məsuliyyətə cəlb edilərsə, bu, ABŞ tarixində ilk belə hadisə olacaq və ölkədə siyasi uçurum yaradacaq:

"Bu ittihamların Trampın adının Ceffri Epşteyn qalmaqalında hallanmasından sonra səsləndirilməsi diqqətçəkicidir. Trampın bu ittihamları müəyyən qədər diqqəti öz üzərindən yayındırmaq cəhdi kimi də qiymətləndirilə bilər.

İstənilən halda, məsələnin ciddiləşməsi ABŞ daxilində ciddi siyasi təlatümə gətirib çıxara bilər. Obamanın həbsi mövcud siyasi sistemin dayaqlarını zədələyəcək mühüm hadisədir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR