İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni "Superman" obrazını canlandıracaq aktyor BƏLLİ OLDU

“Superman” rolu ilə tanınan ingilis aktyor Henri Kavill açıqlamalarında bir daha "Superman" obrazını canlandırmayacağını demişdi.

Musavat.com NTV-yə istinadən xəbər verir ki, yeni “Superman” rolunu kimin oynayacağı artıq bəlli olub.

Henri Kavill "Superman" rolundan getdikdən sonra yeni “Superman” axtarışında olan rejissor bəzi aktyorlarla kamera testi keçirib.

Namizədlər arasında Devid Korensvet, Tom Brittney və Nikolas Holt kimi adlar yer alır. Rejissor Ceyms Qunn isə seçimi məhz Devid Korensvet üzərində dəyərləndirib.

Qeyd edək ki, 29 yaşlı Amerikalı aktyor "İnci", "Siyasətçi" və "Bu şəhərin sahibiyik" kimi filmlərdə iştirak edib. “Superman” rolu isə aktyorun ilk baş rolu olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR