Onlayn ictimai-siyasi qəzet
“Yeni Müsavat” Media Qrupunun redaksiyasında Güney Azərbaycan məsələsinə həsr olunmuş müzakirə keçirilib.
Musavat.com xəbər verir ki, toplantıda Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn, Ağ Partiyanın lideri Tural Abbaslı, eləcə də Güney Azərbaycandan olan Azərbaycan Mərkəz Partiyasının rəhbərləri Saleh Kamrani və Babək Azəroğlu iştirak ediblər.
Müzakirələrdə Güney Azərbaycan məsələsinə yeni baxışlar, İranda yaşayan xalqların öz müqəddəratını təyinetmə haqları, İrandakı türk topluluqlarının Türk Dünyasına inteqrasiyası və s. məsələlər müzakirə edilib. O cümlədən informasiya əməkdaşlığının artırılması və gələcəkdə daha geniş formatlarda böyük toplantıların keçirilməsi barədə razılıq əldə olunub.
Toplantıya ev sahibliyi edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, bu cür görüşlər milli düşüncənin vahid müstəviyə yönəlməsi və Bütöv Azərbaycan ideyasının milli ideologiyaya çevrilməsi baxımından əhəmiyyətlidir və davamlı şəkildə keçirilməlidir.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ