İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni məktəbli formalarının qiyməti açıqlandı

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.

Bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib.

O qeyd edib ki, satış bu gün səhər saatlarından başlayıb.

Etibar Əzimov əlavə edib ki, polo köynəklərin qiyməti 14 manat, şalvar və ətəklər isə 25 manatdır:

“Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər”.

Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində də satış başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR