İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni kəşf - milyard illik qayada “itirilmiş dünyanın” izləri tapıldı

 

Avstraliyada aparılan bir araşdırmada milyard illik qayada “itirilmiş dünyanın” izləri sayıla biləcək mikroskopik canlılar aşkar edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, alimlər həmin canlıları insan nəslinin ən qədim qalıqları hesab edirlər. Belə ehtimal edilir ki, bu kəşf bəşəriyyətin ən qədim əcdadı haqqında anlayışı dəyişdirə biləcək. Belə ki, yaşının milyardlarla il olduğu düşünülən qayada qədim orqanizmlərin qalıqları aşkar edilib.

 Elm adamları həmin mikroskopik canlıların təxminən 1,6 milyard il əvvəl mövcud olduğunu deyirlər. Mürəkkəb hüceyrə quruluşuna malik olan bu canlı mikroorqanizm göbələklər, bitkilər, heyvanlar və amöb kimi tək hüceyrəli orqanizmlər sinfinə aiddir.

Almaniyanın Bremen Universitetinin əməkdaşı Benjamin Nettersheim yeni kəşfi üçün “Deyəsən, bu mikroorqanizm bizim öz soyumuzun ən qədim qalıqlarıdır” ifadəsini işlədib.

Qeyd edək ki, sözü gedən kəşf  “Nature” jurnalında da öz əksini tapıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR