İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask: “Trampın məğlub olacağı təqdirdə...”

“Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ birpartiyalı sosialist dövlətə çevriləcək”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri oktyabrın 6-da amerikalı milyarder İlon Mask deyib.

O, X sosial şəbəkəsində yazıb: “Amerika Kaliforniyada olduğu kimi birpartiyalı sosialist dövlətə çevriləcək”.

Onun fikrincə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp uduzsa, Harrisin partiyası çox sayda “qanunsuz immiqrantları leqallaşdıracaq”.

Bir gün əvvəl Batler şəhərində keçirilən mitinqdə Tramp çıxış edərək bildirib ki, ABŞ bütün dünyanın gülüş obyektinə çevrilib. Ölkə rəhbərliyinə namizəd vurğulayıb ki, millət öz vətəndaşlarına, onların ləyaqətinə və azadlığına hörmət edən və onları qoruyan hökumətə layiqdir.

Mask mitinqə qoşulub və qeyd edib ki, respublikaçı namizəd konstitusiyanı qorumaq üçün qalib gəlməlidir. Bundan əvvəl, sentyabrın 29-da milyarder bildirmişdi ki, Tramp uduzsa, bu seçki ABŞ tarixində sonuncu seçki ola bilər.

ABŞ-da 60-cı prezident seçkisi 2024-cü il noyabrın 5-də baş tutacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR