Onlayn ictimai-siyasi qəzet
Ermənistan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakının 30-cu ildönümü münasibətilə alyansla daha güclü tərəfdaşlıq gözlədiyini qeyd edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Biz birlikdə artan dialoq və əməkdaşlıq vasitəsilə regional təhlükəsizliyə nail olmaq və gücləndirmək üçün çalışırıq. Biz daha güclü tərəfdaşlıq qurmağı və müdafiə qabiliyyətimizi artırmağı səbirsizliklə gözləyirik”, - deyə diplomatik departamentin bəyanatında deyilir.
XİN Şimali Atlantika Alyansı proqramına qoşulmağın Ermənistanın müdafiə və siyasi fəaliyyətində mühüm məqama çevrildiyini vurğulayıb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ