Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Rusiya Xizək Yarışları Federasiyasının rəhbəri Yelena Vyalbenin “Londonun mərkəzinə ciddi bomba atmaq” la bağlı verdiyi açıqlamaları dəstəkləyib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə o, Teleqram kanalındakı səhifəsində yazıb.
"Əlbəttə ki, onun dediyi düzdür, amma məsələ kökündən həll edilməli və anqlo-sakson itlərinin lənətə gəlmiş adası dərhal batırılmalıdır", - deyə Medvedyev öz qəzəbini ifadə edib.
O, daha sonra şikayətlənib ki, Rusiyanın ölümünü istəyən və mövcud olmayan “Latviya” dövlətinin prezidenti qolunu yaralayıb, təəssüf ki, boynunu yox”. – eks-prezident satirik tonda əlavə edib.
Növbəti abzasda Medvedyev Ukrayna prezidenti Zelenskini “təlxək” adlandırıb, müharibələrin qarşısını almağa qadir olduğunu iddia edən Donald Trampın son 10 min ildə heç bir yerdə lider, firon, şah, xaqan, sultan, knyaz, kral, çar, prezident olmamasından təəssüfləndiyini bildirib.
Medvedyev İsrail hakimiyyətinin Livana zərbələri tənqid etdiyinə görə BMT-nin baş katibi Antonio Quterreşi persona non-qrata elan etmək qərarına, həmçinin “Volkswagen”in Almaniyadakı zavodlarını bağlamaq qərarını lağ edib.
O, müharibənin Belarusa keçməsi ehtimalı ilə bağlı mətbuatda verilən bəyanatı da şərh edədərk deyib: "Aleksandr Qriqoryeviçin Belarusda yerləşdirilmiş taktiki nüvə silahlarından istifadə etmək üçün Rusiyaya müraciət etmək üçün hər cür əsası olacaq. Və onun üçün nüvə partlayışının işıqlarına baxmaq ləzzətindən imtina etmək çətin olacaq".
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ